İdman

“Zirə”nin yeni mətbuat katibi nə vaxt bəlli olacaq?

Futbol tariximizdə ilk dəfə olaraq millidə mətbuat katibi vəzifəsinin yaradılması və bu posta “Zirə”nin hazırkı rəsmisi Elman Himayətoğlunun təyin olunması ilə bağlı xəbər vermişdik.

İdmanxeber.com-un məlumatına görə, yeni mətbuat katibinin kim olacağı sualına isə hələ aydınlıq gəlməyib. Dekabra qədər qəsəbə klubunda mətbuat katibi vəzifəsini icra edəcək Himayətoğlunun əvəzləycisinin kimliyi 1-2 günə bəlli olacaq. Ən geci 2 gün ərzində qəsəbə klubundan bu barədə rəsmi açıqlama verilməsi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43