22 Oktyabr 2024
Dünyadan

Ziya Əzizov oynadı, komandası “Ayaks”a uduzdu

Hollandiya birinci divizionunda 22-ci turun oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, azərbaycanlı futbolçu Ziya Əzizovun çıxış etdiyi “Den Boş” doğma meydanda “Ayaks”ın gənclərdən ibarət komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan 1:2 hesablı məğlubiyyətlə ayrılıb.

Ziya bu görüşə də start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

Qeyd edək ki, “Den Boş” 22 turdan sonra 29 xalla 20 komanda arasında 13-cü pillədədi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43