Dünya futbolu

Ziya Əzizov oynadı, komandası məğlub oldu

Hollandiya I Divizionunda 25-ci turun oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, azərbaycanlı futbolçu Ziya Əzizovun çıxış etdiyi  “Den Boş” doğma meydanda “Almere Siti”ni qəbul edib. Görüş “Den Boş”un 3:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Görüşə start heyətdə başlayan Ziya Əzizov matçın 62-ci dəqiqəsində əvəzlənib.

Qeyd edək ki, 25 turdan sonra aktivində 32 xalı olan “Den Boş” 20 komanda arasında 13-cüdür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43