20 Oktyabr 2021
Dünya futbolu

Zlatko Daliç Ronaldodan üzr istədi

Daliç yanlış anlaşıldığını qeyd edib.

İdmanxeber.az-ın məlumatına görə, Bu gün keçiriləcək yoxlama oyununda Portuqaliya millisi Xorvatiya ilə qarşılaşacaq.  Oyundan öncə keçirilən mətbuat konfrasında Xorvatiyanın baş məşqçisi Zlatko Daliç ötən günlərdə Ronaldoyla bağlı fikirləri üçün üzr istəyib.

“İşlətdiyim ifadəyə görə üzr istəyirəm. Modriç qalib olduğu üçün Ronaldonun mükafatlandırma mərasiminə qatılmamasını  eqoistcəsinə olduğunu bildirmişdim. Ancaq mənim fikrim yanlış anlaşılıb. Dediklərimə görə üzr istəyirəm”.

Qeyd edək ki, Portuqaliya – Xorvatiya yoxlama görüşü bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Arda Turan Çempionlar Liqasında həftənin futbolçusu seçildi

admin

“Ayaks” “Yuventus”la heç-heçə etdi – Video

admin

“Tottenhem”in futbolçusu “Napoli”də

admin