Ölkə futbolu

“Zolaqlılar” “Qəbələ” üçün itkilərlə hazırlaşır

Bir günlük istirahətdən sonra bu matçın hazırlıqlarına başlayan Zaqatala təmsilçisi, bu gün oyunöncəsi son məşqinə çıxıb.

İdmanxeber.com-un məlumatına görə, zədəli Əli Gökdəmir, Rəşad Əzizli, Nicat Muxtarov və əvəzedici heyətdə forma geyinmiş Oruc Balaşlı, Vadim Abdullayev, Kənan Müslümov çalışmalarda iştirak etməyib.

Bir saatdan artıq davam edən hazırlığa Georgi Çixradzenin yetirmələri qaçış və isinmə hərəkətləri ilə başlayıb. Daha sonra üç qrupa bölünərək “kvadrat” oynanılıb. İkitərəfli oyundan sonra isə qapıya zərbələrlə məşq tamamlanıb və futbolçular istirahətə çəkilib.

Qeyd edək ki, Avroliqaya vəsiqə qazanmağı qarşısına məqsəd qoyan “Simurq”, hazırda 25 xalla dördüncü pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43