Fransanın “Qenqam” klubu “Qarabağ”ın futbolçusu Abdullah Zubiri heyətinə qatmağa çalışır.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə Fransa mətbuatı xəbər yayıb.
Xəbərədə bildirilir ki, klub prezidenti artıq Bakıdadı və bu tranfer üçün “Qarabağ”la danışıqlar aparılır. Əgər Ağdam klubu razılaşsa o zaman 27 yaşlı futbolçu karyerasını Fransa çempionatında davam etdirəcək.
Qeyd edək ki, “Qenqam” ötən mövsüm Fransa Liqasında sonuncu yeri tutaraq 2-ci liqaya düşüb.
Xatırladaq ki, Zubir 2018-ci ilin yayında “Lans”dan (Fransa) “Qarabağ”a transfer olunub.