Ölkə futbolu

Əfran İsmayılov ehtiyatlı danışdı

Azərbaycan millisinin futbolçusu Əfran İsmayılov bu gün İsmət Qayıbov adına stadionunda keçirilən açıq məşqdən öncə jurnalistlərin qarşısına keçib. O yığmamızın DÇ-2014 seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya ilə oynayacaqları qarşılaşma barədə açıqlamalar verib.

"Şimali İrlandiya yığması ilə səfər oyununda heç-heçə etmişik. Ancaq bu nəticə bizi aldatmamalıdı. Çətin komandadı. Bütün diqqətimizi həmin oyuna yönəltmişik. Azarkeşlərimiz qarşısında oynadığımızdan, çalışacağıq ki, meydandan maksimum nəticə ilə ayrılaq. Xallar bizə çox lazımdı. Keçirdiyimiz oyunlarda çox xallar itimişik. Artıq itiriləsi xalımız yoxdu. Cari seçmə mərhələdə son iki rəsmi oyundu. Maksimum xal qazanmaq üçün mübarizə aparacağıq. Milliyə çağırılmaq hər bir futbolçu üçün qürurdu. Mən də millinin üzvü olduğuma görə qürur hissi  keçirirəm.  Əlimdən gələni edəcəyəm ki, komandamız yaxşı nəticə qazansın. Ancaq qələbə haqda düşünürük. Şimali İrlandiya yığması ilə qarşılaşma çox vacibdi. Qələbə qazansaq, Rusiya millisi ilə görüşə də yaxşı əhval-ruhiyyədə çıxacağıq"


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43