Ölkə futbolu

Tovuzda son dəqiqə qolunda dava düşdü,  iki “qırmızı” çıxdı

Azərbaycan Premyer Liqası 33-cü turu çərçivəsində “Kəpəz” Tovuzda Sumqayıt”ı qəbul edib. Görüş heç-heçə başa çatıb – 1:1.

Ev sahibinin müdafiəçisi Elçin Əlicanovun son dəqiqələrdə vurduğu qolun ardından ara qarışıb. Belə ki, “Kəpəz” tərəfində yaşanan böyük sevinc tərəflər arasında gərginliyə səbəb olub

“Sumqayıt” futbolçuları ilə rəqib oyunçular arasında yaşanan qarşıdurmada baş hakim Tural Qurbanov Junior Martins (“Kəpəz”) və Vüqar Mustafayevə (“Sumqayıt”) qırmızı vərəqə verib.

Xatırladaq ki, Gəncə təmsilçisinin daha bir üzvü –  Olavale Onanuqa da daha öncə meydandan qovulmuşdu

İdmanxeber.az

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43