Kateqoriyasız

“Əl-Nasr”dan Ronaldoya xüsusi güzəştlər

Səudiyyə Ərəbistanı klubu “Əl-Nasr”la müqavilə imzalayan Kristiano Ronaldo bir çox imtiyazlara malik olacaq.

İdmanxeber.az “Marca”ya istinadən xəbər verir ki, portuqaliyalı futbolçuya illik 200 milyon avroluq gəlirlə bərabər daha bir neçə güzəştlər ediləcək.

Belə ki, 37 yaşlı ulduz oyunçu dəbdəbəli malikanədə məskunlaşacaq. Bununla yanaşı, Portuqaliya və İspaniyaya uçuş üçün xüsusi təyyarə və ailəsinin bütün ehtiyaclarının qarşılaşlanması da müqavilədə əks olunub.

Qeyd edək ki, sözləşmədə “Nyukasl” klubunun Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə Ronaldonun Premyer Liqa təmsilçisinə keçəcəyi də vurğulanıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43