Kateqoriyasız

Əliyar Ağayev Avropa Liqasının oyununda

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA-dan növbəti dəfə təyinat alıb.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsində “Ştrum” (Qrats, Avstriya) – “Midtüllan” (Danimarka) qarşılaşmasının baş hakimi olacaq. Ağayevə yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

Sentyabrın 8-i Avstriyada keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43