İdman

Əliyar Ağayev “Beşiktaş” – “Portu” oyununda

Azərbaycanlı hakim Əliyar Ağayev UEFA Gənclər Liqasının oyununa təyinat alıb.

İdmanxeber.com-un UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, o, “Beşiktaş” – “Portu” matçını idarə edəcək. Ona həmyerliləri Mübariz Haşimov və Akif Amirali köməklik edəcək. Dördüncü hakim funksiyasını Oğuzhan Uğurlu (Türkiyə) yerinə yetirəcək.

Qeyd edək ki, “Beşiktaş” – “Portu” görüşü bu gün saat 15:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43