Dünya futbolu

Ərəblər Benzemaya sərvət təklif edir

“Real”ın hücumçusu Kərim Benzema Səudiyyə Ərəbistanından təklif alıb.

İdmanxeber.az-ın məlumatına görə, sözügedən ölkənin rəhbərliyi 35 yaşlı oyunçuya yerli klublardan biri ilə 2 mövsümlük 200 milyon avro maaşla müqavilə təklif edir.

Bundan əlavə, hücumçu Səudiyyə Ərəbistanı, Yunanıstan və Misirin 2030-cu il Dünya Çempionatına ev sahibliyi etmək üçün müraciətində səfir ola bilər.

Bu mövsüm Benzema bütün yarışlarda 42 oyuna çıxıb, 30 qol vurub və 6 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43