İdman

Taekvondoçularımız Prezident Kubokunda 6 medal qazandılar

Azərbaycanın yeniyetmə taekvondoçuları Estoniyanın paytaxtı Tallində keçirilən Prezident Kubokunun ilk günündə uğurla çıxış ediblər.

İdmanxeber.az-ın məlumatına görə, milli komandanın 6 üzvü fəxri kürsüyə qalxıb.

Yığmanın heyətində bütün rəqiblərinə qalib gələn Novruz Əliyev (45 kiloqram) qızıl medala sahib olub. Yalnız finalda məğlub olan Anar Abdullazadə (37 kiloqram) və Çingiz Həsənov (53 kiloqram) ikinci yeri tutublar. Gülay Əliyeva (44 kiloqram), Gülnar Rəsulzadə (47 kiloqram) və Sərxan Talıbzadə (65 kiloqram) isə bürünc mükafata layiq görülüblər.

Qeyd edək ki, Prezident Kubokuna aprelin 28-də yekun vurulacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43