Millimizin müdafiəçisi Rahil Məmmədovun çıxış etdiyi LKS Lodz yeni mövsüm Polşa yüksək liqasını (Esktraklassa) tərk edəcək və birinci liqada yarışacaq.
İdmanxeber.az-ın məlumatına görə, Polşa mətbuatı komandanın çıxışı barədə məqalə dərc edib. Rail Məmmədov yeni mövsümdə Esktraklassada qalmağa layiq futbolçu olduğu bildirilib.
R.Məmmədovun LKS-lə müqaviləsi 2025-ci ilin iyununda başa çatır.