Ölkə futbolu

AFFA klublara təhlükəsizlik mövzusunda seminar keçdi

AFFA-nın təşkilatçılığı ilə Premyer Liqa və I Liqa klublarının təhlükəsizlik, mühafizə üzrə məsul şəxsləri üçün seminar keçirilib.

İdmanxeber.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan hüquq-mühafizə orqanlarının (Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti) əməkdaşlarının iştirakı ilə “İzdihamın idarə edilməsi” və “Futbol stadionlarında təhlükəsizlik” mövzularında tədbir baş tutub.

Tədbirin sonunda iştirakçılara sertifikat təqdim olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43