Kateqoriyasız

Əyalət klublarına 500 manat cərimə

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. 

İdmanxeber.com-un məlumatına görə, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 26-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“İnter” – “Qəbələ” matçında “Qəbələ”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.

“Bakı” – “Simurq”  matçında “Simurq”un 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Oyunun 78-ci dəqiqəsində “Bakı”nın futbolçusu Salman Altuxanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43