Dünyadan

Əzmkar qələbə bir nəfərin ölümünə səbəb oldu

Braziliyada keçirilən dünya çempionatı daha bir nəfərin ölümünə səbəb oldu.

İdmanxeber.com-un məlumatına görə,  Belçika millisinin Əlcəzair üzərindəki (2:1) qələbəsini qeyd edən fanatlardan biri dünyasını dəyişib. Brüsseldə aslan abidəsinin üzərinə çıxan fanat, müvazinətini itirərək yerə yıxılıb. Hadisə nəticəsində ağır zərbə alan futbolsevər səhərə yaxın xəstəxanada keçinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43