Kateqoriyasız

24 saatlıq fasilə bitdi

Təlim-məşq toplanışını başa vuran “Sumqayıt” futbol klubu bir günlük fasilədən sonra yenidən hazırlıqlara start verib. Premyer Liqanın 19-cu turu çərçivəsində doğma azarkeşləri qarşısında “Qəbələ”ni qonaq edəcək Aqil Məmmədovun komandasında zədəli futbolçular yoxdur.

U-21-in düşərgəsində yer alan qapıçı Tərlan Əhmədli və müdafiəçi Bəxtiyar Həsən-Alızadə bu gündən etibarən məşqlərə qoşulacaq.

Qeyd edək ki, fevralın 1-də Sumqayıtda baş tutacaq “Sumqayıt” – “Qəbələ” oyunu 16:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43