Dünya futbolu

“Bavariya” qolkiperin müqaviləsini uzatdı

“Bavariya” hazırda icarə əsasında “Ştutqart”da çıxış edən Aleksander Nübelin müqaviləsini uzadacaq.

İdmanxeber.az məlumat verir ki, Münhen təmsilçisi alman qapıçının 2025-ci ilin yayına kimi olan sözləşməsinin müddətini 2030-cu ilə qədər artıracaq. 

“Bavariya” müqavilə imzalandıqdan sonra 27 yaşlı qolkiperi daha bir mövsümlük “Ştutqart”a icarəyə göndərəcək. 

Qeyd edək ki, Nübel bu mövsüm “Ştutqart”ın heyətində meydana çıxdığı 29 matçda qapısında 34 qol görüb. O, 12 oyunda qapısını toxunulmaz saxlamağı bacarıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43