İdman

Evren Alkaya “Xəzri” üzərindəki qələbəni dəyərləndirib

“Sərhədçi”nin baş məşqçisi Evren Alkaya “Xəzri” üzərindəki 98:70 hesablı qələbəni dəyərləndirib.

İdmanxeber.az məlumat verir ki, türkiyəli mütəxəssis parlaq qələbə barədə bunları deyib

“Oyunun çətin olacağını bilirdik. Ciddi hazırlaşırdıq. Bundan öncəki məğlubiyyətdən sonra bu oyunu qazanmağımız vacib idi. Hazırda rəqibin oyunçularında zədələr var, yeni dönənlər də oldu, biz də bunu dəyərləndirməliydik. Rəqibimiz yaxşı klubdur, baş məqçisi də həmçinin. Dediyim kimi çox ciddi hazırlaşdıq. İlk hissədə aşağı nəticə göstərdik, amma daha sonra yaxşı atışlarımız oldu. Növbəti matçlarda da ümidvaram yüksək nəticələr əldə edərik. Kubok matçını da bu şəkildə qazanmaq istəyirik. Pley-off matçları növbəti həftəyə qaldı. Liqanın sonuncu həftəsində “Gəncə” -“Sumqayıt” matçından sonra bəlli olacaq. Əgər, bu tur “Sumqayıt” “Sabah”a uduzsa, pley-off mərhələsi bizim üçün qarantiyadır. Dediyim kimi ciddi hazırlaşacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43