16 Sentyabr 2024
Dünya futbolu

İspaniya klubunda yeni müqavilə

İspaniyanın “Atletik”klubu yarımmüdafiəçi Ander Herrera ilə müqaviləni uzadıb.

İdmanxeber.az-ın klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sözləşmə 2025-ci il iyunun 30-dək qüvvədədir.

34 yaşlı futbolçu 2023/24 mövsümündə “Atletik”in heyətində bütün yarışlarda 27 oyun keçirib və 3 məhsuldar ötürmə edib.

“Transfermarkt” portalı futbolçunun dəyərini 2 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43