İdman

3 qolun gətirdiyi 3 xal – TƏHLİL

Azərbaycan
Birinci divizionunun 12-ci turunun maraqlı qarşılaşmasından biri də Zaqatalada
– “Zaqatala” – “Ağsu” arasında baş tutdu.

 

Futbolun
sevildiyi məkan…

 

Zaqatalada
oyuna maraq kifayət qədər idi. Məıhz buna görə də, oyunu tirubunadan ən azı 800
tamaşaçı izlədi. “Simurq”un fəaliyyətini dayanırmasından sonra bu şəhərin
təmsilçisinin divizionda mübarizə aparması belə zaqatalalı fanatların tribuna
sevgisinə mane ola bilməmişdi. Tribunada ən çox diqqət çəkən məqam isə xanım azarkeşlərin və eləcə də daha yaşlı sakinlərin oyuna maraq göstərib gəlməsi idi.


 

“Soyuq
duş”

 

Oyun
gözlənildiyindən də maraqlı alındı. Belə ki, qonaqlar erkən qolla meydan sahiblərini
mərkəzə dəvət etdi. “Ağsu”nun bu qolu “Zaqatala” üzvlərini soşa salsa da, elə
rəqib komandanın qapıçıs Şamo Həsənovun kobud səhvi status-kvonunun bərpa edilməsinə
zəmin yaratdı. Qonaqlar oyunun ipini əlində saxlamaq üçün tez-tez geryiə
ötürmələr edirdi. Təbii ki, divizionun ən idialı komandası ilə səfər görüşündə
qazanıla biləcək 1 xal belə qənimət sayılacaqdı. Ancaq bu istək reallıqa
çevrilmədi.

 

“Ağsu”nun
qapıçısının kobud səhvindən sonra komandasının bərabərlik qolunu vuran Oruc
Balaşlı yenə səhnəyə çıxdı. Zaqatalalı azarkeşlərin sevimlisi bu dəfə ona
edilən məhsuldar ötürməni eyni gözəlliklə tamamlayaraq hesabı öz xeyirlərinə
dəyişdi. Bununlada 3 qolun vurulduğu ilk hissədə fasiləyə Zaqatala təmsilçisi
öndə yollandı.

 

1 qol
və 1 qırmızı

 

Qarşılaşmanın
ikinci yarısı da meydan sahiblərinin üstünlüy şəraitində keçdi. Bunun məntiqi
nəticəsi kimi “Ağsu” ikinci yarı başlayar-başlamaz qapısında qol gördü.

 

Bundan
sonra isə oyunun ssenarisi dəyişdi. Belə ki, “Zaqatala”nın futbolçusu Arzuman
Nəsibova qarşı “Ağsu”nun qapıçısının etdiyi kobudluq qayda pozuntusu kimi qeydə
alınmadı. Nəticədə simuliyasiyaya görə ikinci sarı vərəqə alan Nəsibov
komandasını azlıqda qoydu.

 

Bundan
sonra isə meydana və topa hakim olan tərəf “Ağsu” oldu. Gəlmələr rəqib qapısı
qarşısında nə qədər təhlükəli epizodlar yaratsa da, edilən bu cəhdlərin qarşısı
Amil Ağacanov tərəfindən alınırdı. Qeyri-dəqiqlik və Ağacanovun inamlı çıxışı “Ağsu”nun
hesab arasındakı fərqi azalda bilməməsində bşlıca ol oynadı.

 

Sevilən
komanda…

 

Son
dəfə “Simurq” Premyer Liqada çıxış edərkən Zaqatalaya səfər etmişdim. Bu dəfə
fərqli turnir, ancaq eyni ab-hava var idi. Yerli azarkeşlər komandanın aşağı
liqada mübarizə aparmasına üzülmür, daha da onlara dəstək olmağa çalışır. Məhz
buna görə də, zaqatalalılar yerli futbolçulardan qurulan komandaya dəstəyini əsirgəmir.

 

Klub
prezientinin qayğısı

 

Ötən
gün bu barədə məlumat vermişdik ki, klub prezidenti Musa Qurbanov komandanın
məşqlərində iştirak edərək, onlara inandığını dilə gətirmişdi. Qurbanov
komandaya inamını

Hər
əməlində isbatlamağa çalışır. Hətta “Zaqatala” divizionda yeganə komandadır ki,
hər qaznılan qələbədən dərhal sonra onlara vəd olunan “premya”nı paltar dəyişmə
otağında alır.   


Səxavət / Zaqatala


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43