Dünyadan

40 il sonra gələn sevinc

Çempionlar Liqasının cavab görüşləri çərçivəsində baş tutan son oyunlar iki komanda üçün əhəmiyyətli olub.

İdmanxeber.com-un məlumatına görə, Münhendə “Bavariya”ya 3:1 hesabı ilə məğlub olaraq, mübarizəni dayandıran “qırmızı şeytanlar” Çempionlar Liqasında meydana çıxdığı 200-cü yubiley matçında məyus olub.

“Barselona”nı tək qolla məğlub edərək, yarımfinala adlayan Madridin “Atletiko” klubu isə 40 ildən sonra ilk dəfə ən güclü 4 komanda sırasında yer aldı. “Ağ-qırmızılılar” sonuncu dəfə 1973-1974 illərdə “Seltik”i məğlub edərək, finala yüksəlmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43