Dünya futbolu

Milli komanda hava limanında şok oldu!

Sabah DÇ 2014-ün seçmə mərhələsi çərçivəsində səfərdə Xorvatiya millisi ilə qarşılaşacaq olan Belçika millisi Zaqreb hava limanında şok hadisə ilə üzləşib.

Belə ki, komandanı qarşılamağa gələn sürücü sərxoş olub. Xorvatiya Futbol Federasiyası bu biabırçılığı aradan qaldırmaq üçün ora yeni sürücü göndərib. Sözügedən sərxoş sürücü isə həbs edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43