Ölkə futbolu

Mustafa Dənizli “Xəzər Lənkəran”da ilk məşqinə çıxdı

Premyer Liqanın 15-ci turunda AZAL-la bərabərə qalan "Xəzər Lənkəran" oyundan sonra bu gün doğma meydanda növbəti məşqinə çıxıb. Hazırlıq prosesində bütün futbolçular iştirak edib.

Dünənki hazırlığı kənardan izləyən yeni baş məşqçi Mustafa Dənizli bu gündən etibarən işinin icrasına başlayıb. Zədəli olan Mbilla Etame yüngül qaçışla kifayətlənib. Ağabala Ramazanobv isə fərdi planda məşq edib. 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43