“Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib. Daha öncə “Neftçi”, “Abşeron”, “Sumqayıt” və AZAL kimi klublarda top qovan Ruslan Tağızadə ilə 2 illik müqavilə imzalanıb. 20 yaşlı yarımmüdafiəçi yeni klubu haqda ilkin təəsüratlarını bölüşüb:
“Qəbələ”nin hədəflərindən xəbərdaram. Qarşısına böyük məqsədlər qoymuş komandanın heyətində çıxış etmək hər bir gənc futbolçunun arzusudur. “Qəbələ”yə keçidimə görə çox sevincliyəm. İnanıram ki, yeni komandama hədəflərinə çatmaqda kömək edə biləcəyəm”.