“Xəzər Lənkəran” – “Neftçi” oyunundan sonra həbs olunan azarkeşlərlə bağlı bu gün keçirilən məhkəmədə yekun qərar verilməyib.
İdmanxeber.com-un Lənkərana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, hakim bu gün yekun qərar verməyib və son sözün fevralın 3-də deyiləcəyini bildirib.
Məhkəmənin yekun qərarı məhz fevralın 3-də məlum olacaq.
Qeyd edək ki, məhkəməzə "Xəzər Lənkəran"ın icraçı direktoru Höccət Hacıyev də çıxış edib və o, hakimlərdən ədalətli qərar çıxarmalarını, bu kimi halların bütün ölkələrdə baş verdiyini bildirib.