"Qəbələ"ylə oyunun hazırlıqlarını elə bu şəhərdə davam etdirən "Xəzər Lənkəran" Zouahir Benuahidən sevindirici xəbər alıb.
İdmanxeber.com-un məlumatına görə, Cənub klubunun mərakeşli yarımmüdafiəçisi artıq zədəsini sağaldıb. Bu barədə saytımıza klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib. Dünən komandayla birgə məşq edən Benuahi "Qəbələ"ylə oyunda Mustafa Dənizlinin sərəncamında olacaq.
Qeyd edək ki, AZAL-dan transfer olunan futbolçu "Neftçi"ylə oyun öncəsi zədələnmişdi.