Avropa Liqasının 1/16 final mərhələsinin cavab qarşılaşmasında millimizin üzvü Ruslan Abışovun şərəfini qoruduğu "Rubin" klubu doğma meydanda İspaniyanın "Betis" komandasını qəbul edib. İlk matçda 1-1 hesablı heç-heçəyə nail olan "Rubin", bu dəfə məğlubiyyətdən qaça bilməyib və turnirlə vidalaşıb.
"Rubin"in baş məşqçisi Rinat Bilyaletdinov Ruslan Abışova bu görüşdə şans verib. Həmyerlimiz matçın 75-ci dəqiqəsində Yann M'Vilanın əvəzinə meydana çıxıb.