Ölkə futbolu

“Xəzər Lənkəran” oyunöncəsi məşqə ciddi itkilərlə çıxdı

Bu gün öz meydanında Bakının “İnter” komandasını qəbul edəcək “Xəzər Lənkəran” hazırlığını dünən tamamlayıb. Klubun rəsmi saytına istinadən verdiyimiz məlumata görə, “ağ-yaşıllar” Lənkərandakı bazasının ehtiyat meydançasında matçöncəsi son məşqə ciddi itkilərlə çıxıb. Belə ki, Rahid Əmirquliyev, Rasim Ramaldanovla yanaşı əsas heyətin digər daim üzvləri olan Etame Mbilla və Adrian Skarlatakedə komanda ilə birgə məşqə qatıla bilməyib. Bir saat 20 dəqiqə davam edən hazırlıq saat 11-də başlayıb və futbolçular taktiki planda müxtəlif çalışmalar yerinə yetiriblər. Xatırladaq ki, XXIV turun “Xəzər Lənkəran” – “İnter”matçı  saat 16:00-da start götürəcək. Matç “Xəzər Lənkəran” TV vasitəsilə canlı yayımlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43