Ölkə futbolu

Papunaşvili Gürcüstana niyə gedib?

“Səbail”lə görüşdə zədələnən “Kəpəz”in oyunçusu Georgi Papunaşvili müalicə üçün vətəninə yollanıb.

İdmanxeber.az məlumat verir ki, 28 yaşlı yarımmüdafiəçi Gürcüstanda öz şəxsi həkiminin yanında müalicə alacaq.

Papunaşvilinin mayın 10-da keçiriləcək “Neftçi” ilə görüşdən sonra Gəncədə olacağı gözlənilir. Gürcüstanlı oyunçunun Azərbaycan Premyer Liqasının son 2 turunda oynayıb-oynamayacağına “Kəpəz”in həkim heyəti qərar verəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43