Ölkə futbolu

“Kocaelispor”un rəhbəri Ramil Şeydayevin oyununu bəyənmədi

“Rəqib bizi məğlub etmək istəyirdi, amma biz bunu özümüz bacardıq. “Bodrumspor”un oyununu yaxşı analiz edə bilmədik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Türkiyə I Liqa təmsilçisi “Kocaelispor”un prezidenti Receb Durul komandanın “Bodrumspor”a məğlub olması (0:3) barədə danışarkən deyib. Klub rəhbəri millimizin üzvü Ramil Şeydayevin də performansına toxunub:

“İlk hissədə fərdi səhvlərdən sonra iki qol buraxdıq. Bizim xeyrimizə iki penalti verilmədi. Meydana Emirin libero, Ramil Şeydayevin isə hücumçu kimi çıxması oyunumuzu zəiflətdi. Kifayət qədər qol vəziyyətləri yaratmadıq. Ramil də bu baxımdan o qədər də faydalı olmadı”.

“Kocaelispor” 33 turdan sonra 55 xalla 6-cı pillədədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43