Dünya futbolu

Həvəskar liqasında oynayan futbolçu yığmaya dəvət aldı

Uruqvay millisinin baş məşqçisi Marselo Bielsa həvəskarlar liqasında çıxış edən 24 yaşlı futbolçu Valter Dominqesi yığmaya çağırıb. 

İdmanxeber.az-ın məlumatına görə, komanda mayın sonunda Amerika Kubokuna hazırlıq çərçivəsində təlim-məşq toplanışı keçirəcək. Dominqes “Juventud Soriano” klubunda çıxış edir və bu mövsüm 39 matçda 57 qola imza atıb.

2024-cü ildə keçiriləcək Amerika Kuboku iyunun 20-dən iyulun 14-dək ABŞ-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43