Ölkə futbolu

Mahir Emreli “Qarabağ”a qayıda bilər – YALNIZ BU HALDA

Millimizin üzvü Mahir Emreli “Dinamo”dan ayrıla bilər.

İdmanxeber.az-ın məlumatına görə, Zaqreb klubunda işləri qaydasında getməyən futbolçu özünə yeni komanda axtarır. “Dinamo”nun gələcək planlarında yer almayan Mahirin yenidən “Qarabağ”a dönmək variantı yaranıb. Qurban Qurbanov futbolçunun xidmətlərində maraqlıdı. Lakin Ağdam təmsilçisi bu transferi reallaşdırması üçün ilk öncə Adama Diakabi ilə yolları ayırmalıdı. Məsələ burasındadı ki, eyni mövqedə həm də Leandro Andradenin olması Mahirin “Qarabağ”a mümkün keçidini gecikdirir. Qurbanov Mahiri Diakabi ilə yollar ayrılacağı təqdirdə komandasında görməkdə maraqlıdı. 

Əgər Mahir Avropa klublarının hər hansı birindən cəlbedici təklif almasa, yayda onu “Qarabağ”da görə biləcəyik.

Qeyd edək ki, 26 yaşlı futbolçu 2022-ci ildən “Dinamo”nun şərəfini qoruyur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43