Türkiyənin tanınmış baş məşqçilərindən biri Yılmaz Vural Azərbaycan milli komandasının baş məşqçisi ola bilərmiş
İdmanxeber.com-un məlumatına görə, çılğınlıqı ilə diqqət çəkən çalışdırıcının millimizin sükanı arxasına keçə bilməməsinin səbəbi Foqtsun postunda saxlanılması olub:
“Azərbaycan tərəfi ilə danışmışdım. Bu ölkənin yığma komandasına rəhbərlik etməli idim. Amma alman lobbisi öz sözünü dedi və baş məşqçini (Berti Foqtsu nəzərdə tutur – red.) postunda saxladılar”.