Gürcüstanda təlim-məşq toplanışında olan “İnter” klubu ötən gün bu ölkədə son məşqinə çıxıb.
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda məşq prosesinə isinmə hərəkətləri ilə başlayıb
Sonra taktiki tapşırıqlar üzərində çalışılıb. Məşq ikitərəfli oyun keçirməklə başa çatıb.
Xatırladaq ki, “İnter” bu gün Gürcüstanın “Samtredia” komandasıyla yoxlama matçı keçirəcək. Oyun Bakı vaxtıyla saat 16:00-da başlayacaq. Matçdan sonra komanda vətənə qayıdacaq.