FİFA dərəcəli referimiz Əliyar Ağayev 19 yaşadək futbolçulardan ibarət yığmalar arasında keçiriləcək Avropa çempionatının elit-raund mərhələsində İrlandiya – Slovakiya matçını idarə edib.
İdmanxeber.com-un məlumatına görə, FIFA referisi bu matçda 4 qırmızı və 4 sarı vərəqə göstərib.
Meydan sahiblərinin bir, qonaqların üç futbolçusunu meydandan qovan referimiz 77-ci dəqiqədə Slovakiyanın qapısına penalti təyin edib.
Ona həmyerlimiz Zeynal Zeynalov və almaniyalı Eduard Beytinqer köməklik göstərib.
Qeyd edək ki, İrlandiya – Slovakiya oyunu 2:2 hesabı ilə başa çatıb.