Kateqoriyasız

“Xəzər Lənkəran” 4 itki ilə “Sumqayıt”a qarşı

“Xəzər Lənkəran” bu gün doğma meydanda “Sumqayıt” klubunu qəbul edir.

İdmanxeber.com-un məlumatına görə, komandanın heyətində 4 itki var. Belə ki, sənədlərini almaq üçün hərbi hissəyə çağırılan Kamran Abdullazadə ilə yanaşı, U 19 millisi ilə birgə Fransada olan  İlyas Səfərzadə və Elur Cəfərov bu gün meydanda görünməyəcəklərsə zədəsini qismən sağaltmaq üzrə olan Ruslan Cəfərovun da komandaya kömək edə biləcəyi inandırıcı deyil.

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Sumqayıt” matçı saat 17:00-da start götürəcək. (12cioyuncu.info)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43