Kateqoriyasız

Əliyar Ağayev İrlandiya – Slovakiya matçını idarə etdi: 4 qırmızı vərəqə , 1 penalti

FİFA dərəcəli referimiz Əliyar Ağayev 19 yaşadək futbolçulardan ibarət yığmalar arasında keçiriləcək Avropa çempionatının elit-raund mərhələsində İrlandiya – Slovakiya matçını idarə edib.

İdmanxeber.com-un məlumatına görə, FIFA referisi bu matçda 4 qırmızı və 4 sarı vərəqə göstərib.

Meydan sahiblərinin bir, qonaqların üç futbolçusunu meydandan qovan referimiz 77-ci dəqiqədə Slovakiyanın qapısına penalti təyin edib.

Ona həmyerlimiz Zeynal Zeynalov və almaniyalı Eduard Beytinqer köməklik göstərib.

Qeyd edək ki, İrlandiya – Slovakiya oyunu 2:2 hesabı ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43