Dünya futbolu

İsmail Kartalı heç kim dinləmədi

Türkiyə Super Liqası 35-ci turu çərçivəsində “Fənərbağça” səfərdə “Konyaspor”la heç-heçə (0:0) edib.

İdmanxeber.az-ın məlumatına görə, matçından ardından maraqlı hadisə yaşanıb. Belə ki, İstanbul komandasının baş məşqçisi İsmail Kartalın mətbuat konfrasında jurnalistlər iştirak etməyib.

Təcrübəli mütəxəssis görüş barəsindəki fikirlərini boş zala danışmaq məcburiyyətində qalıb.

Xatırladaq ki, “Fənərbağça” lider “Qalatasaray”ın 6 xal gerisindədir.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43