Ölkə futbolu

“Neftçi”nin üzvü məcburiyyətdən karyerasını bitirir – Həkimlər təhlükəlidi dedi!

“Neftçi”nin qapıçı Aqil Məmmədov karyerasını başa vurmağa hazırlaşır.

İdmanxeber.az-a daxil olan məlumata görə, paytaxt klubu 35 yaşlı qolkiperə yeni müqavilə təklif etməyəcək. Buna səbəb onun tez-tez zədələnməsidi.

Əldə etdiyimiz digər məlumata görə, uzun müddətdi zədədən əziyyət çəkən təcrübəli qapıçıya həkimlər bundan sonra oynamamağı tövsiyyə edib. Bu səbəbdən də Məmmədov karyerasını bitirmək qərarını verib.

Qeyd edək ki, peşəkar karyerasına “Bakı”da başlayan qolkiper müxtəlif illərdə AZAL, “Qəbələ” və “Neftçi”də çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43