“Simurq” bu gün Azərbaycan Kubokunun 1/2 final mərhələsinin ilk oyunu çərçivəsində “Qarabağ”ın qonağı olacaq.
İdmanxeber.com-un məlumatına görə, dünənn paytaxta gələn Zaqatala klubu qarşılaşmanın keçiriləcəyi “İnter Arena”da son məşqinə çıxıb. Bir saatdan artıq davam edən çalışmalarda bütün futbolçular iştirak edib.
Qeyd edək ki, “Qarabağ” – “Simurq” oyunu saat 18:00-da start götürəcək. Cavab qarşılaşması isə aprelin 21-də Zaqatala şəhər stadionunda keçiriləcək.