Avropa Liqasında mübarizə aparacaq “Qəbələ” heyətində tmizlik işləri aparmaqda davam edir.
İdmanxeber.com-un məlumatına görə, əyalət klubu daha 3 futbolçusu ilə yollarını rəsmən ayırıb. “Qırmızı-qaralar” Mixail Sivakov, Bəxtiyar Soltanov və Ruslan Fominə yeni müqavilə təklif olunmayıb. Müqaviləsi başa çatan hər üç futbolçu ilə yollar ayrılıb.
Bu futbolçular azad agent statusuna malikdi.
Əvəzində isə komandanın əsas heyət üzvləri – Aleksey Qay, Dmitri Bezotosnı və Rikardinyo ilə yeni birillik müqavilə imzalanıb.