Bu gün növbəti mövsüm Almaniya Bundesliqasında çıxış edəcək son komandanın adına aydınlıq gələcək.
İdmanxeber.com-un məlumatına görə, son vəsiqə uğurunda “Karlsrue” və “Hamburq” klubları üz-üzə gələcək.
Milli komandamızın şərəfini qoruyan Dmitri Nazarovun şərəfini qoruduğu “Karlsrue” səfərdə keçirilən ilk oyunda rəqibi ilə 1:1 bərabərə qalıb. Qolsuz heç-heçə belə meydan sahiblərinə vəsiqəni qazanmaq baxımından kifayət edə bilər.
Qeyd edək ki, “Karlsrue” – “Hamburq” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.