Bu gün Bakı-2015 Avropa Oyunlarında karateçilər mübarizəyə qoşulublar.
İdmanxeber.com-un məlumatına görə, “Kristal Zal”da təşkil edilən ilk yarış günündə 60 kq-da Firdovsi Fərzəliyev inamla qələbələri sıralayaraq finala yüksəlib.
Yığmamızın lideri Rafael Ağayev də adını finala yazdırıb. O, yarımfinalda almaniyalı Noa Bitşlə qarşılaşacaq.
Qadınlardan isə İLahə Qasımova bürünc medal şansını saxlayıb və o, üçüncülük uğurunda oyuna çıxacaq.
* * * * * *
İlahə Qasımova üçüncülük oyununda ispaniyalı idmançı ilə qarşılaşıb və rəqibini 5:2 hesabı ilə məğlub edərək bürünc medala sahib çıxıb.
Firdovsi Fərzəliyev finalda italiyalı Luka Maresklə qarşılaşıb və Azərbaycana ilk qızıl medalı qazandırıb.
67 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Niyazi Əliyev bürünc medal uğurunda üçüncülük oyununda inamlı qələbə qazanıb.
Rafael Ağayev finalda qəlbə qazanaraq qızıl medalı qazanıb.