“Qarabağ”la yollarını ayıran Leroy Corc karyerasını böyük ehtimalla Türkiyədə davam etdirəcək.
İdmanxeber.com-un məlumatına görə, hollandiyalı futbolçu “Göztəpə” ilə anlaşmaq üzrədi.
Komandanın baş məşqçisi Metin Diyadin bəyan edib ki, artıq Corcla razılığa gəliblər. Hollandiyalı futbolçunun yenicə Türkiyə PTT 1-ci liqasına yüksələn bu klubla yaxın günlərdə müqavilə bağlaması gözlənilir.