Hazırlığını Avstriyada davam etdirən "Neftçi" transfer çalışmalarını dacam etdirir.
İdmanxeber.com-un məlumatına görə, paytaxt klubu ispaniyalı futbolçu Xuan Alberto Mellini transfer edib.
Müdafiəçi komandada 5 nömrəli formanı geyinəcək. "Neftçi" oyunçu ilə 1+1 illik müqavilə imzalayıb. Xuan Alberto Melli karyerası ərzində "Real Betis", "Tenerife", "Gent", "Şerif", "Erqotelis" və "Simurq" klublarında çıxış edib.