Avstriyada təlim-məşq toplantısında olan “Neftçi” ilk yoxlama matçına çıxıb.
İdmanxeber.com-un məlumatına görə, “ağ-qaralar” Macarıstanın MTK klubu ilə üz-üzə gəlib.
Üç qolun vurulduğu qarşılaşmada “Neftçi” məğlub olan tərəf olub. Belə ki, macarlar hissənin başa çatmasına 1 dəqiqə qalmış Torgelle (44) və Kantenin (45) qolları ilə yarını 2:0 hesabı ilə qapayıblar.
İkinci yarıda Szatmarın qolu ilə fərqi 3-0-a çatdıran MTK matçı da elə bu hesbla qazanıb.