“Neftçi” klubu braziliyalı futbolçu Ailton Fereyra Silvanı icarə əsasında heyətinə cəlb edib.
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Braziliya A seriyasında mübarizə aparan “Fluminense” klubunda oynamış 20 yaşlı gənc müdafiəçi 1 il müddətinə icarəyə götürülüb.
Sabahdan etibarən “Neftçi” ilə məşqlərə qatılacaq Ailton “ağ-qaralar”da 6 nömrəli formanı geyinəcək.