Yeni mövsümə hazırlıqlarını davam etdirən “Xəzər Lənkəran” toplanır.
İdmanxeber.com-un məlumatına görə, Cənub komandası sabah Bakıda bir araya gələcək.
“Gəmiçilər” elə həmin gün paytaxtda həkim müayinəsindən keçəcək. Komanda iyunun 28-də Türkiyəyə təlim-məşq toplanışına yollanacaq.
Qeyd edək ki, Yunis Hüseynovun komandası qardaş ölkənin Kapadokiya bölgəsində hazırlıqlarını davam etdirəcək.